"Etdiyimiz səhvləri komanda şəklində edirik"
Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində doğma meydanda "Rəvan"ı qəbul edən "Sumqayıt" 3:3 hesablı heç-heçə edib.
Oyunda sonra "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov sportal.az-a müsahibə verib:
- Oyun haqda fikirlərinizi bildirərdiniz...
- Çox istəyirdik ki, qalib gələk. Azarkeşlər maraqlı və gərgin matç izlədilər. Təəssüf ki, qələbə qazana bilmədik. Qələbə qazana bilərdik
- Güclü klublara qarşı baş ağrısı olsanız da, belə komandalara qarşı oyununuz alınmır...
- Bəlkə də, güclü komandalara qarşı ciddi hazırlaşırıq. Amma belə baxanda, bütün komandalarla oyun çətin keçir. Premyer Liqada asan məğlub olan klub yoxdu. Hər oyuna ciddi yanaşırıq
- Son oyunlarda əldə etdiyiniz uğurlu nəticələrdən sonra oyuna arxayın çıxdığınız hiss olunurdu...
- Arxayınçılıq deməzdim. Sadəcə, şansızlıqdan 3 qol buraxdıq. Uşaq səhvlər etdik. Səhvlərimiz analiz etməliyik və bunun üzərində daha çox çalışmalıyıq. İnşallah, qış fasiləsindən sonra daha inamlı və stabil oynamağa çalışacağıq
- 28 qolla çempionatın ən çox qol buraxan komandasısınız...
- Deməzdim ki, bu qolları qapıçı və müdafiəçilərin səhvindən buraxmışıq. Etdiyimiz səhvləri komanda şəklində edirik. Əlbəttə, müdafiəçi olduğum üçün deyim ki, bizim səhvlərimizdən də qollar olub. Səhvlərimizin üzərində işləməliyik
-Hazırda “Sumqayıt” 8-ci pillədə qərarlaşıb. Sizcə, bu pilləyə layiqsiniz yoxsa daha yaxşı mövqedə olmalı idiniz?
- Biz yaxşı oyun nümayiş etdirən komandayıq. Ümid edirəm ki,bizim gələcəyimiz daha yaxşı olacaq. Fikrimcə, daha yaxşı yerlərdə olmalıyıq. Qış fasiləsindən sonra istədiyimiz yerdə olacağıq
Mehman Əşrəfov
saytlarin hazirlanmasi