"Neftçi"nin futbolçusu Şahin Diniyevin üzərinə hücum çəkdi FOTO

14:40 - 20 Dekabr 2015

Sonradan üzr istədi...

 

Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində keçirilən "Kəpəz" - "Neftçi" matçında xoşagəlməz hadisə baş verib.

 

Sportal.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, oyunun ilk hissəsində "Neftçi"nin futbolçusu Erik Ramos "Kəpəz"in baş məşqçisi Şahin Diniyevin üzərinə hücum çəkib. Buna səbəb isə, Diniyevin israrla yan xətt hakiminə epizodların birində topun "Neftçi"li futbolçudan çıxdığını bildirməsi olub. 

 

Epizoddan sonra oyunun baş hakimi Ramosu sarı vərəqə ilə cəzalandırıb. "Neftçi"nin qolkiperi Aqil Məmmədov isə Ramosu Şahin Diniyevin yanına gətirib və üzr istəməsinə şərait yaradıb.

 

Xəbər xətti