Sportal.az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyi bu keçidin əleyhinədir. Bunun da xüsusi səbəbləri var. Belə ki, 2013-14 cü ildə mövsümün ilk yarısını Allahverdiyev icarə əsasında "Qəbələ"də keçirmişdi. Həmin mövsümün fasiləsində klub rəhbərliyi Allahverdiyevi müqavilə ilə məxsus olduğu cənub klubuna çağırsa da, futbolçu bu təklifi rədd edib "Neftçi" ilə müqavilə bağlamışdı. Klub rəhbərliyinin Elnurun o vaxt etdiyindən sonra indi geri qayıtmasına "yox" deyəcəyi gözlənilir