Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunlarına start veriləcək.
Sportal.az xəbər verir ki, ilk oyun günündə Azərbaycan çempionu “Qarabağ” da mübarizəyə qoşulacaq. Ardıcıl 4-cü dəfə ölkəmizi bu turnirdə təmsil edən Ağdam təmsilçisi Bakıda Gürcüstanın “Samtredia” klubunu qəbul edəcək.
Bundan əvvəlki üç mövsümdə ilk mərhələni adlayan Qurban Qurbanovun komandası bu cütün də vaforiti hesab olunur.
11 iyul
Çempionlar Liqası
II təsnifat mərhələsiniin ilk oyunu
21:00. “Qarabağ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan) - 5:0
Qollar: Əfran İsmayılov, 10 (pen.), Dino Ndlovu, 39, 45 (pen.), Donald Guerrier, 83, Migel Markos 90
Baş hakim: Mete Kalkavan
Yan xətt hakimləri: Esat Sancaktar, Erdem Bayik
Dördüncü hakim: Halil Umut Meler
UEFA nümayəndəsi: Qraham Hover (İngiltərə)
Hakim-inspektor: Vladimir Antonov (Moldova)