Rusiya Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun formasını geydiyi “Fakel” öz meydanında “Amkar”la üz-üzə gəlib. Matç qonaqların 4:0 hesablı qələbəsi ilə tamamlanıb. Bu nəticədən sonra "Fakel" kubokda mübarizəni dayandırıb.
Qeyd edək ki, Samir Məsimov meydana start heyətində çıxıb və 65 dəqiqə mübarizə aparıb.
saytlarin hazirlanmasi