Almaniya 2-ci Bundesliqasında 8-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” doğma meydanda “Sandhauzen”lə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Nazarov da bu qarşılaşmanın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb.
“Aue” 8 turdan sonra 13 xal toplayıb və 18 klub arasında 7-cidi.
saytlarin hazirlanmasi