Ukrayna çempionatında 10-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" səfərdə “Mariupol” ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz sonadək oynayıb.
"Aleksandriya" geridə qalan turlarda topladığı 8 xalla 12 klub arasında 8-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi