Azərbaycanlı futbolçu Fərid Nəbiyev Çexiyanın “Slaviya” klubunda növbəti matçına çıxıb.
Sportal.az xəbər verir ki, o, klubun U-19 komandasının yarışdığı ölkə birinciliyində forma geyinib. 19 yaşlıların çempionatında 7-ci tur çərçivəsində səfərdə Plzen “Viktoriya”sı ilə qarşılaşan Praqa təmsilçisi 2:1 hesabıyla qalib gəlib.
Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib.
saytlarin hazirlanmasi