Rusiya 1-ci divizionunda 16-cı turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi “Fakel” səfərdə “Olimpik Nijni” ilə qarşılaşıb. Voronej təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Samir bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
"Fakel" geridə qalan turlarda topladığı 13 xalla 20 klub arasında 19-cu pillədə qərarlaşıb
saytlarin hazirlanmasi