Almaniya 2-ci Bundesliqasında 12-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” də növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə “Sankt-Pauli” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Ötən oyunda birbaşa qırmızı vərəqə alaraq meydandan qovulduğu üçün cəzalı olan Nazarov bu qarşılaşmanın iştirakçısı olmayıb.
“Aue” geridə qalan turlarda 17 xal toplayıb və 18 klub arasında 8-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi