Çexiya çempionatında 12-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” doğma meydanda “Vısoçina” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Kamran da bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Geridə qalan turlarda 14 xal toplayan "Mlada Boleslav" 16 klub arasında 10-cu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi