Albaniya çempionatında 8-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Rauf Əliyevin formasını geyindiyi “Kukesi” doğma meydanda “Vlajniya” ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
Millimizin üzvü meydana start heyətdə çıxıb. Rauf 69-cu dəqiqədə sarı vərəqə də alıb.
“Kukesi” geridə qalan turlarda 17 xal toplayıb və 10 komanda arasında ikinci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi