Birinci Liqa: Lider qazandı, "İmişli" xal itirdi

18:23 - 18 Aprel 2024

Azərbaycan Birinci Liqasında 22-ci tura yekun vurulub.

Sportal.az xəbər verir ki, son oyun günündə üç matç baş tutub.  

Çempionatın lideri "Qaradağ Lökbatan" bu dəfə də qələbə qazanıb. "İmişli" isə xal itirib.

"Zaqatala" - "Araz Saatlı" 2:0
Qollar
: Rəhman Şabanov, 25; 54 (pen).

"Difai Ağsu" - "İmişli" 2:2
Qollar
: Bayraməli Qurbanov, 29; Ramin Süleymanov, 39 - Gülağa Əsədov, 47; Xəzər Mahmudov, 82

"Karvan" - "Qaradağ Lökbatan" 0:1
Qol
: Mehdi Tahirov, 51.

Xəbər xətti