UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab matçları baş tutub.
Sportal.az xəbər verir ki, "Fiorentina" "Betis"i qəbul edib. Əsas vaxt ilk oyunda olduğu kimi 2:1 hesabı ilə yekunlaşdığından əlavə vaxt oynanılıb. Burada 1 qol vurmağı bacaran "Betis" adını finala yazdırıb.
"Çelsi" isə "Yurqorden"i bu dəfə Londonda sınağa çəkib. İlk matçda 4:1 hesablı qələbə qazanan "Çelsi" bu matçda 1:0 hesablı qələbə ilə finala vəsiqə qazanıb.
Qeyd edək ki, "Çelsi" - "Betis" matçı mayın 28-i keçiriləcək.
UEFA Konfrans Liqası
8 may
23:00. “Fiorentina” (İtaliya) - “Betis” (İspaniya) 2:1 (Əlavə vaxt 2:2) (İlk oyun - 1:2.)
Qollar: R.Qosens,34, 42, - Antoni,30, A.Ezzalzouli,97
23:00. “Çelsi” (İngiltərə) - “Yurqorden” (İsveç) 1:0 (İlk oyun - 4:1)
Qollar: K.Devsburi,38
saytlarin hazirlanmasi