"Kəpəz"in İdarə Heyətinə yeni sədr seçildi - FOTO

14:40 - 10 May 2025

“Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, Namiq Qədirov İdarə Heyətinin yeni sədri seçilib. İdarə Heyətinə üzv seçilən Fərman Əlizadə sədrin idarəçilik məsələləri, Erkin İbrahimov isə idman məsələləri üzrə müşaviri təyin olunub.  

İdarə Heyətinin sədri və üzvləri Məşq Mərkəzi və “Kəpəz” Futbol Akademiyası ilə tanış olublar. Əsas komandanın məşqçilər korpusu və futbolçularla görüşüblər. Onlar həmçinin məşq prosesini izləyiblər. 


Xəbər xətti