Portuqaliya Millətlər Liqasının qalibi oldu - YENİLƏNİB

01:42 - 9 İyun 2025

UEFA Millətlər Liqasının qalibi müəyyənləşib.

Sportal.az xəbər verir ki, turnirin final oyununda İspaniya və Portuqaliya milliləri üz-üzə gəliblər. Əsas vaxtı 2:2 hesabı il yekunlaşan matçda əlavə vaxtda da hesab dəyişmədiyindən penaltilər seriyası keçirilib. Burada daha dəqiq oynayan Portuqaliya yığması tarixində 2-ci dəfə turnirin qalibi adına layiq görülüb.

Qeyd edək ki, 3-cü yer uğrunda baş tutan qarşılaşmada Fransa yığması Almaniya üzərində 2:0 hesablı qələbə qazanıb.

UEFA Millətlər Liqası

Final

23:00 İspaniya – Portuqaliya 2:2 (Əlavə vaxt 2:2) (Penaltilər seriyası 3:5)

Qollar: M.Zubimendi,21, M.Oyarzabal,45 - N.Mendes,26, K.Ronaldo,61

Xəbər xətti