"Qarabağ"ın futbolçusuna Azərbaycandan 2 təklif

18:36 - 8 İyun 2025

"Qarabağ"la müqaviləsi başa çatan Patrik Andrade klubdan ayrılacaq.

Sportal.az saytına verilən məlumata görə, kabo-verdeli yarımmüdafiəçi Ağdam təmsilçisini tərk etsə də, Azərbaycanda qala bilər.

"Qarabağ"la müqaviləsi 30 iyun tarixində başa çatan Andradeyə Premyer Liqada 2 təklif var. "Neftçi" və "Sabah" gələn ay azad agent statusunda olacaq 32 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.

Təcrübəli oyunçu bütün təklifləri götür-qoy etdikdən sonra seçimini edəcək.

Qeyd edək ki, Patrik Andrade başa çatan mövsümdə "Qarabağ"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 3  qol və 2 məhsuldar ötürmə ilə  yyadda qalıb.

Xəbər xətti