De Bruyne "Napoli" ilə nə vaxt müqavilə imzalayacaq?

01:01 - 9 İyun 2025

Kevin De Bruyne yaxın günlərdə “Napoli”yə qoşulacaq.

Sportal.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi Neapol klubuyla 2 illik müqavilə imzalamağa hazırdır və müqavilədə əlavə 1 illik uzadılma opsiyası da var. Futbolçunun illik maaşı 5 milyon avro olacaq.

33 yaşlı oyunçu çərşənbə axşamı və ya çərşənbə günü tibbi müayinədən keçəcək.

De Bruyne “Mançester Siti”dən sərbəst agent kimi ayrılıb.

Xəbər xətti