Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Nigar Mirzəliyeva “Zenit”in heyətində Rusiya Super Kubokunun qalibi olub.
Sportal.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi həlledici görüşdə “Lokomotiv”i (Moskva) 3:0 hesabı ilə məğlub edib.
Nigar Mirzəliyeva da bu oyunun iştirakçısı olub. 23 yaşlı müdafiəçi meydana start heyətində çıxıb və sona qədər oynayıb.
saytlarin hazirlanmasi