AFFA və UEFA-dan birgə layihə

19:50 - 11 İyun 2025

AFFA-nın təşkilatçılığı və UEFA-nın dəstəyi ilə həyata keçirilən SCALE (Special Dual Career Paths to Prevent Early School Leaving) layihəsi çərçivəsində Azərbaycanda meydança fəaliyyətləri uğurla davam edir.

Sportal.az xəbər verir ki, hazırda layihənin metodologiyasına əsasən futbol təlimləri və təhsil yönümlü məşğələlər 5 futbol klubunda həyata keçirilir. Bunlar “Şəfa” (U-15 qızlar), “Şəfa” (U-17 qızlar), “Ramana” (U-17), EFA (U-17) və “Atletico Baku”dur (U-14).

Meydança fəaliyyətlərində əsas məqsəd gənc futbolçuların həm idman, həm də təhsil sahəsində inkişafına dəstək olmaqdır. Layihə vasitəsilə iştirakçılara məqsəd qoyma, gələcək karyera planlaması, təhsilin əhəmiyyətini dərk etmə və həyat bacarıqlarının formalaşdırılması təşviq olunur. Təlimlər SCALE layihəsi çərçivəsində xüsusi hazırlıq keçmiş məşqçilər tərəfindən həyata keçirilir. Layihə 2025-ci ilin sonunadək davam edəcək və hədəf gənclərin təhsil-idman balansını qurmalarına dəstək verməkdir.

Xəbər xətti