"Futbol əvvəlkindən də pis idarə olunur! FİFA cəhənnəmə getsin!" - "Bavariya" azarkeşlərindən pankart

22:22 - 15 İyun 2025

"Bavariya" azarkeşləri Klub Dünya Çempionatının oyununda FIFA-nın korrupsiya qalmaqalını yada salıblar.

Sportal.az xəbər verir ki, qrup mərhələsinin ilk oyununda Münhen təmsilçiləri "Oklend Siti"ni 10:0 hesabı ilə darmadağın ediblər.

Matç zamanı "Bavariya" azarkeşləri üzərində belə bir yazı olan banner açıblar:

"10 il Baur au Lac – futbol əvvəlkindən də pis idarə olunur! FIFA cəhənnəmə getsin!"

Baur au Lac — İsveçrənin Sürix şəhərində yerləşən oteldir. 2015-ci ilin mayında məhz burada bir neçə yüksək vəzifəli FIFA rəsmisi korrupsiya ittihamı ilə İsveçrə hakimiyyəti tərəfindən həbs edilmişdi. Bu qalmaqal, yenidən seçilməsindən cəmi 5 gün sonra FIFA prezidenti Zep Blatterin istefası ilə nəticələnmişdi.

Xəbər xətti