“Sabah”ın qapıçısı Stas Pokatilov Masazır təmsilçisinə keçidindən danışıb. Sportal.az xəbər verir ki, “Борода Абата”ya müsahibəsində qazax qapıçı Azərbaycan və Qazaxıstanın futbol infrastrukturunu müqayisə edib.
- “Sabah”a keçidinizin ilk dəfə nə vaxt ortaya çıxdığını xatırlayırsınız?
- Səhv etmirəmsə, dekabrın sonunda idi. Ukraynadan bir agent mənimlə əlaqə saxladı və “Sabah”ın mənimlə maraqlandığını bildirdi. Mən də təklifi gözdən keçirməyə razılıq verdim. Həmin vaxtı Qazaxıstandan kənardan gələn təklifləri nəzərdən keçirməkdə maraqlı idim. Lakin sonradan yoxa çıxdılar. Yanvarın əvvəlində “Sabah”ın direktoru mənimlə əlaqə saxladı və onunla bütün detalları müzakirə etdik.
- O vaxt siz toplanışda iştirak etmirdiniz, Uralskda fərdi qaydada məşqləri yerinə yetirirdiz. Əvvəlcə “Sabah”la müqavilə bağladın, bir oyun ehtiyatda qaldın, sonra isə əsas qapıçı oldun...
- Bəli, belə idi. Vəziyyətə uyğun hərəkət etmək lazım idi. “Sabah”a qoşulduqdan sonra iki həftə dalbadal gündə iki dəfə məşq etdim.
- Azərbaycan və Qazaxıstanda hazırlığın intensivliyini müqayisə etmək olarmı?
- Çox fərq görmürəm. Düşünürəm ki, hər şey hazırlığa fərdi yanaşmadan asılıdır.
- Eşitdiyimə görə, buradakı futbol şəraiti Qazaxıstandan qat-qat yaxşıdır....
- Mən ancaq “Sabah” üçün danışa bilərəm. Klubun həqiqətən yaxşı bazası var. Oynadığım bütün komandalardan “Kayrat” şərtlərə görə birinci yerdədir. İkinci yerdə "Sabah"dır. Düşünürəm ki, klubun layiqli bazası var. Qazaxıstan standartlarına görə bu, əla səviyyədir.