Vardinin İtaliya klubuna keçməsinə veto qoyuldu - Şotlandiyaya üz tuta bilər

22:01 - 6 İyul 2025

Patrik Vieyra Ceymi Vardinin “Cenoa”ya keçidinə veto qoyub.

Sportal.az xəbər verir ki, "Daily Mail"in  məlumatına görə, Genuya klubunun baş məşqçisi 38 yaşlı hücumçunun transferini bloklayıb. Vardi “Lester”lə müqaviləsi başa çatdıqdan sonra “Cenoa”ya keçməyə çox yaxın olub.

Məlumata əsasən, Vieyra İngiltərə millisinin sabiq hücumçusunun transferinin məqsədəuyğun olduğuna inanmayıb və şəxsi təşəbbüsü ilə bu keçidi ləğv edib.

Hazırda Vardi üçün əsas favorit klub kimi “Reyncers” göstərilir. Bundan əlavə, onun adı “Komo” və “Nottingem Forest” klubları ilə də hallanır.

Eyni zamanda qeyd olunur ki, Vieyraya yaxın mənbə ilkin məlumatı təkzib edib və bildirib ki, baş məşqçi hələ yay transfer pəncərəsində yeni hücumçu ilə bağlı müxtəlif variantları qiymətləndirir.

Ötən Premyer Liqa mövsümündə Vardi 35 matçda 9 qol vurub və 4 qol ötürməsi edib.

Xəbər xətti