Xəbər verdiyimiz kimi, yeni mövsümün hazırlığını davam etdirən "Zirə" Türkiyəyə yollanıb.
Sportal.az xəbər verir ki, təlim-məşq toplanışının ikinci mərhələsini Bolu şəhərində keçirəcək olan "qartallar" bu gün ilk məşqinə çıxıb.
Qeyd edək ki, "Zirə" Boluda 4 yoxlama oyunu keçirəcək. Qəsəbə təmsilçisinin hazırlıq matçları iyulun 8-i, 12-si və 16-sı (iki oyun) tarixlərində baş tutacaq. Hazırlıq prosesinə iyulun 17-də yekun vurulacaq.
saytlarin hazirlanmasi