"Qalatasaray"ın futbolçusu Roland Sallai karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçuya “Sassuola”dan təklif gəlib.
A seriyası təmsilçisi macar futbolçu üçün “Qalatasaray”a lazımı məbləği ödəyəcək.
Rolandın Türkiyə çempionu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.