“Atletik”in hücumçusu Qorka Quruzeta Çempionlar Liqasının üçüncü turunda “Qarabağ” üzərində evdə qazandıqları 3:1 hesablı qələbəni şərh edib.
Sportal.az UEFA-ya istinadən xəbər verir ki, Ağdam klubu ilə matçda dubl edən futbolçu komandasının qalibiyyətindən məmnunluğunu bildirib:
“Xəyalımız real oldu. Bu, hər kəs üçün qələbədir. “San Mames”dəki ab-hava sadəcə möhtəşəm idi. Xoşbəxtlikdən, mütləq qalib gəlməli olduğumuz matçda 3 xal qazana bildik. "Qarabağ" üzərində qələbə sayəsində Çempionlar Liqasında ambisiyalarımızı yaşatdıq".