"Qarabağ"ın futbolçusundan unikal göstərici

13:46 - 23 Oktyabr 2025

“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade böyük Avropa futbol turnirlərinin tarixində unikal uğura imza atıb.

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu üç fərqli oyunda - “Hakken” (2023-cü il dekabr), FKSB (2025-ci il yanvar) və “Atletik Bilbao”ya qarşı matçlarda - hər birində 1-ci dəqiqədə qol vurmaqla tarixə düşüb.

Turnirlərində üç fərqli oyunda ilk dəqiqədə qol vuran ilk futbolçu kimi adını futbol tarixinə yazdırıb.

Dekabr 2023 – “Qarabağ” vs “Hekken” – UEFA Avropa Liqasının qrup mərhələsiYanvar 2025 – “Qarabağ” vs FKSB – UEFA Konfrans Liqasının pley-off mərhələsiOktyabr 2025 – “Qarabağ” vs “Atletik” – UEFA Çempionlar Liqasının Liqa mərhələsi. 

Xəbər xətti