"Atletik"in cinah oyunçusu Robert Navarro Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda Bilbaoda “Qarabağ"a 3:1 hesabı ilə qalib gəldikləri görüşü şərh edib.
Sportal.az UEFA-ya istinadən xəbər verir ki, komandasının 2-ci qolunu vuran Navarro Ağdam klubu üzərindəki qalibiyyət haqda bunları deyib:
"Qələbəyə görə çox şadam. Qarşılaşmanın əvvəlində qol buraxmaq həmişə çətin olur. Komanda hesabı bərabərləşdirmək və üstünlüyü ələ keçirmək üçün çox çalışdı. İkinci hissədə meydana sonradan çıxdım və qol vurduğum üçün çox şadam. “Qarabağ” daha az tanınan liqada oynayır, amma parlaq mübarizə aparan komandadır. Onlar əvvəllər “Benfika” (3:2) və “Kopenhagen” (2:0) üzərində qələbə qazanıblar. Mübarizə aparmalı olduq, amma üç xalı əldə etdiyimiz üçün çox xoşbəxtik".
saytlarin hazirlanmasi