"Cəbrayıl"ın "Şahdağ Qusar" üzərində qələbəsi - VİDEO

19:47 - 23 Oktyabr 2025

Azərbaycan I Liqasında VI turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, "Cəbrayıl" Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda "Şahdağ Qusar"ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 6-ya yüksəldən "Cəbrayıl" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.7 xalı olan "Şahdağ Qusar" isə 5-ci yerdədir.

"Cəbrayıl" - "Şahdağ Qusar" 3:1
Qollar: 
B.Soltanov, 4, S.Hüseynli, 39, D.Açimi, 47 - S.Ağalarov, 67

Xəbər xətti