Liderlərin duelində sülh, "Mingəçevir" qalib gəldi, "Şahdağ Qusar" uduzdu - I Liqa

16:13 - 23 Oktyabr 2025

Futbol üzrə Azərbaycan I Liqasında VI tura yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün 3 qarşılaşma baş tutub.

Turun mərkəzi matçı "Şəfa" ilə "Səbail" arasında baş tutub. Liderlərin dueli sülhlə yekunlaşıb. "Şəfa" 16 xalla liderdir. "Səbail" isə onlardan 2 xal geri qalır.

Diggər matçlarda "Cəbrayıl" "Şahdağ Qusar"a, "Mingəçevir" isə "Zaqatala"ya qalib gəlib.

I Liqa, VI tur

"Şəfa" - "Səbail" 2:2
Qollar: 
E.Cəfərov, 11, N.Əliyev, 45+2 - E.Rüstəmov, 25, K.Quliyev, 30

"Zaqatala" - "Mingəçevir" 2:3
Qollar:
 R.Şabanov, 24 (pen), K.Kazımov, 43 - K.Kalunqa, 7, 73, S.Abdullayev, 30

"Cəbrayıl" - "Şahdağ Qusar" 3:1
Qollar: 
B.Soltanov, 4, S.Hüseynli, 39, D.Açimi, 47 - S.Ağalarov, 67

Xəbər xətti