"Qarabağ"ın pley-off şansları açıqlandı - YÜKSƏKDİR

22:12 - 23 Oktyabr 2025

UEFA Çempionlar Liqasının 3-cü turunun oyunlarından sonra komandaların pley-off şansları açıqlanıb.

Sportal.az xəbər verir ki, "Football Meets Data" ilk üç oyundan sonra iştirakçıların hansı mərhələyə yüksəlmə ehtimalını dəyərləndirib.

Turnirdəki yeganə təmsilçimiz "Qarabağ"ın pley-off vəsiqə verən "24-lüy"ə düşmə şansı 69% olaraq dəyərləndirib. Ağdam klubunun 1/8 finala birbaşa vəsiqə verən "ilk 8-lik"də yer alma ehtimalı isə 3%-dir.

Qeyd edək ki, "Qarabağ" 3 turdan sonra 6 xalla 36 komanda arasında 13-cü pillədə qərarlaşıb.(Publika.az)

Xəbər xətti