"Fənərbaxça" UEFA Avropa Liqasının əsas mərhələsinin III turunda növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, Domeniko Tedeskonun baş məşqçisi olduğu komanda doğma meydanda Almaniyanın "Ştutqart" komandasını məğlub edib - 1:0. Matçda yeganə qolu 34-cü dəqiqədə Kərəm Aktürkoğlu penalti zərbəsindən vurub.
Qeyd edək ki, öncəki turda "Nİtsa"nı 2:1 hesabı ilə məğlub edən “Fənərbaxça” turnirdə növbəti matçını noyabrın 6-da səfərdə “Viktoriya"(Plzen")ə qarşı keçirəcək.
saytlarin hazirlanmasi
