"Qarabağ"a qol vurdu, tarixə keçdi

22:54 - 5 Noyabr 2025

Çempionlar Liqasının IV turu çərçivəsində keçirilən “Qarabağ” – “Çelsi” matçında London təmsilçisinin vurduğu qol İngiltərə təmsilçisi üçün əlamətdar olub.

Sportal.az xəbər verir ki, görüşün 16-cı dəqiqəsində fərqlənən Estevao "zadəganlar"ın avrokuboklar tarixində 350-ci qolunu vurub. Həmçinin, Estevao “Çelsi” forması ilə Çempionlar Liqasında qol vuran ən gənc futbolçu olub.

Qeyd edək ki, hazırda ikinci hissəsi oynanılan matçda təmsilçimiz 2:1 hesabı ilə öndədir.

Xəbər xətti