UEFA prezidenti sıx oyun qrafiki barədə danışdı

18:59 - 7 Noyabr 2025

UEFA prezidenti Aleksandr Çeferin peşəkar futbolda sıx oyun təqvimi məsələsini şərh edib.

Sportal.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri daim müxtəlif tərəflərin bir-birinə zidd tələbləri arasında qaldıqlarını bildirib:

“Hazırda mövsüm ərzində oynana biləcək maksimum oyun sayının həddindəyik. Yay fasiləsi isə, yığma komandaların beynəlxalq turnirləri olmadıqda, cəmi üç həftə davam edir. Bəzi insanlar bizdən beynəlxalq oyunların sayını azaltmağımızı istəyir. Amma İngiltərədə iki milli kubok turniri var. Onlar həmin turnirlərin heç birindən imtina etmək istəmirlər”.

Çeferinin sözlərinə görə, oyun sayının artırılmasını istəyən klublar və assosiasiyalar da var. Çünki bu, gəlirlərin artmasına səbəb olur. Belə vəziyyətdə UEFA məcburdur ki, kompromis yolları axtarsın:

“Bəzi tərəflər daha çox gəlir əldə etmək üçün bizdən daha çox oyun keçirilməsini istəyirlər. Biz isə bu iki tərəfin arasında qalaraq vasitəçi rolunu oynamalıyıq. Oyunların sayı problemdir. Baxmayaraq ki, futbolçuların sağlamlığı bu gün keçmişlə müqayisədə daha yaxşı qorunur. Bunu daha hazırlıqlı və ixtisaslı personalın fəaliyyəti təmin edir”.

Xəbər xətti