Premyer Liqa klubunun futbolçusu mövsümü erkən bitirməli oldu

23:44 - 20 Noyabr 2025

Fabio Karvalyo zədə səbəbindən bu mövsümün qalan hissəsini buraxacaq.

Sportal.az xəbər verir ki, “Brentford”un vingeri ön xaçvari bağını zədələyib və əməliyyata hazırlaşacaq. Bu əməliyyatdan sonra o, 2026/27 mövsümünə qədər meydana çıxa bilməyəcək.

Karvalyo 2024-cü ildə “Liverpul”dan transfer olunub və yeni komandasında 33 oyun keçirib, cari İngiltərə çempionatında isə 6 matçda oynayıb.

Xəbər xətti