UEFA-nın rəsmi saytında Çempionlar Liqasının 5-ci turunda baş tutacaq "Napoli" - “Qarabağ” haqda yazarkən, hər iki klub üçün bir sıra statistika dərc edib.
Sportal.az xəbər verir ki, klubların UEFA yarışlarında bir-biri ilə ilk matçı olacaq. Üstəlik, bu, "Napoli" üçün Azərbaycan komandalarına qarşı oyunu kimi tarixə keçəcək.
Neapollular Çempionlar Liqasında son 19 ev oyunundan yalnız birində məğlub olublar (11 qələbə və 7 heç-heçə).
“Qarabağ” isə, İtaliya klublarına qarşı əvvəlki altı avrokubok matçında qazana bilməyib (1 heç-heçə və 5 məğlubiyyət). Ağdam təmsilçisi hər üç səfər oyununu uduzub. "Qarabağ"ın futbolçusu Leandro Andrade komandanın son yeddi Avropa oyunundan beşində qol vurub. Bu mövsüm “Qarabağ” Avropa oyunundan yalnız ikisində uduzub(yeddi qələbə, bir heç-heçə).
Qeyd edək ki, “Napoli” – “Qarabağ” qarşılaşması noyabrda 25-də Dieqo Armando Maradona stadionunda keçiriləcək və matça Bakı vaxtı ilə 00:00-da start veriləcək.
