Avropadan təkliflər alan oyunçu "Qarabağ"ı tərk etməyə qərar verdi

23:57 - 20 Noyabr 2025

"Qarabağ"ın hücumçusu Nəriman Axundzadəyə Avropanın bir neçə klubundan ciddi təkliflər var. Nəriman özü də legioner həyatı yaşamağa can atır.

Sportal.az xəbər verir ki, gənc forvard bu barədə istəyini baş məşqçi Qurban Qurbanov bildirib.

Təcrübəli mütəxəssis hazırda komandasında ona ehtiyac olduğunu Nərimanın diqqətinə çatdırıb. Amma uyğun şərtlərdə ayrılığa şərait yaradılacaq. Qısası, milli komandamızın üzvünün ölkəni tərk etmək ehtimalı yüksəkdir.

Qeyd edək ki, 21 yaşlı futbolçu "Xəzər Lənkəran"da futbola başlayıb. 15 yaşından isə Ağdam klubunun akademiyasındadır. O, əsas komandada keçirdiyi 117 oyunda 31 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb. (Sportinfo.az)

Xəbər xətti