"Qalatasaray" Almaniyadan 17 yaşlı vinger gətirir

18:54 - 5 Yanvar 2026

Münhenqladbax "Borussiya"sının futbolçusu Can Armando Güner karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Qalatasaray" türk əsilli argentinalı vingerin keçidini həll edib. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Günerin Almaniya klubu ilə müqaviləsi yayda başa çatır. 18 yaşlı oyunçu iyul ayında "sarı-qırmızılar"a qoşulacaq. "Qalatasaray" gənc futbolçu üçün onun klubuna 250 min avroluq yetişdirmə məbləğini ödəyəcək.

Qeyd edək ki, Can Armando Güner bu mövsüm "Borussiya"nın U-19 komandasının heyətində meydana çıxdığı 14 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, Argentinanın U-17 milli komandasının üzvüdür.

Xəbər xətti