Türkiyənin "Trabzonspor" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Super Liqa "Volfsberq"dən Çibuike Nvaivunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Trabzonspor" nigeriyalı futbolçu üçün Avstriya klubuna 5,5 milyon avro təzminat ödəyəcək. 22 yaşlı mərkəz müdafiəçisi ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Nigeriya U-23 millisinin üzvü olan Çibuike Nvaivu bu mövsüm "Volfsberq"in heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi
