Müasir dövrdə idmançılar artıq yalnız meydandakı nəticələri ilə deyil, eyni zamanda sosial şəbəkələrdə aktiv olmaları və paylaşımları ilə diqqət çəkirlər.
Bu baxımdan Azərbaycan idmanının tanınmış simaları daha çox “Instagram”dan istifadə edirlər.
Bəs, onların nə qədər izləyiciləri var?
Sportal.az "Teleqraf"a istinadən bu məqamda “Instagram”da ən çox izləyicisi olan 20 idmançının siyahısını təqdim edir:
1. Çingiz Allazov (kikboks) - 5,5 milyon
2. Rafael Fiziyev (MMA) – 787 min
3. Eduard Məmmədov (kikboks) – 534 min
4. Rəsul Çunayev (güləş) - 291 min
5. Tofiq Musayev (MMA) – 281 min
6. Rüstəm Orucov (cüdo) – 160 min
7. Hacı Əliyev (güləş) – 143 min
8. Rafael Ağayev (karate) – 126 min
9. Hidayət Heydərov (cüdo) – 125 min
10. Mahir Emreli (futbol) – 117 min
11. Nazim Sadıxov (MMA) – 83,4 min
12. Qara Qarayev (futbol) – 86,2 min
13. Şahruddin Məhəmmədəliyev (futbol) – 80,8 min
14. Elvin Cəfərquliyev (futbol) – 78,3 min
15. Bəhlul Mustafazadə (futbol) – 72,2 min
16. Toral Bayramov (futbol) – 70,7 min
17.Rafiq Hüseynov (güləş) - 65,5 min
18. Renat Dadaşov (futbol) – 60,5 min
19. Nəriman Axundzadə (futbol) – 38,8 min
20. Emin Mahmudov (futbol) – 34,9 min
Qeyd edək ki, 2021-ci ildə Rafael Ağayevə məxsus 226 min izləyicisi olan “Instagram” hesabı oğurlanmışdı. Rəsmi təsdiqi olan hesabın hazırda 404 min izləyicisi olsa da, bu səhifədə ötən illər ərzində paylaşım edilməyib.
saytlarin hazirlanmasi
