“Dinamo”nun (Buxarest) müdafiəçisi Kennedi Boatenq "Neftçi"yə keçidinin uğursuzluğunun səbəbini açıqlayıb.
Sportal.az xəbər verir ki, “golazo.ro” portalına açıqlama verən toqolu futbolçu belə danışıb:
"Maddi səbəblərə görə başqa kluba keçmək istəyirdim. Həqiqətən də "Neftçi"yə keçmək istəyirdim və bunun mənim üçün yaxşı olacağını hiss edirdim. Amma bu transfer baş tutmadı. Müqaviləyə əsasən "Dinamo"nun üzvü idim və klub məni buraxmaq istəmirdi. Bu vəziyyətdə "Dinamo"nun "Neftçi"dən daha çox gücü var idi. Klub mənim qalmağımın ən yaxşısı olduğuna qərar verdi. Mən də belə etdim".
Xatırladaq ki, "Neftçi" klubu ötən yay Boatenqlə maraqlanırdı.
saytlarin hazirlanmasi
