"Qəbələ" hücumçusu ilə yollarını ayırdı - RƏSMİ

16:34 - 9 Yanvar 2026

"Qəbələ" Elşad Tağıyevlə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, 24 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Qırmızı-qaralar" futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Elşad Tağıyev 2024/2025 mövsümündən "Qəbələ"də çıxış edirdi. O, cari mövsümdə komandanın heyətində 11 rəsmi matçda meydana çıxıb.


Xəbər xətti