Roberto De Zerbi Fransa Superkuboku uğrunda PSJ-yə qarşı oyunda məğlubiyyətə görə ciddi şəkildə məyus olub. "Marsel" 95-ci dəqiqəyədək hesabda öndə idi, lakin sonda uduzdu (2:2, penaltilər seriyasında 1:4).
Sportal.az xəbər verir ki, "Marsel"in baş məşqçisi matçdan sonra bunları qeyd edib:
"Məğlubiyyətlərdən sonra heç vaxt ağlamamışam, amma bu gün paltardəyişmə otağına qayıdanda ağladım.
Avropanın ən yaxşı komandasına qarşı xüsusi hazırlıq keçmişdik və “Marsel” qalib gəlməyə layiq idi."
saytlarin hazirlanmasi
