"Liverpul" fransızı buraxmayacaq

10:48 - 9 Yanvar 2026

"Liverpul" legionerlərindən birinə yeni müqavilə təklif edib.

Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi İbrahima Konateni buraxmaq niyyətində deyil.

Tərəflər arasında yeni müqavilə ilə bağlı ilkin danışıq olub.

Fransız müdafiəçi özü ə “Liverpul”da qalmaq istəyir. İngiltərə klubu ona yeni şərtlərlə 3 illik müqavilə təklif edib.

Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Konate 2021-ci ildə “Leyptsiq”dən “Liverpul”a keçmişdi. O, əvvəllər “Soşo”da da oynayıb.
 

Xəbər xətti