Kobbi Mayno zədədən sonra sağalıb. 20 yaşlı “Mançester Yunayted”in yarımmüdafiəçisi dekabrın ortalarından bəri aldığı zədə səbəbindən oynaya bilmirdi.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçi səlahiyyətlərini icra edən Darren Fletçer futbolçunun çərşənbə axşamı məşqlərə qayıtdığını təsdiqləyib.
Bu gün mankunianlar Premyer Liqanın 21-ci turu çərçivəsində səfərdə “Bernli” ilə qarşılaşacaqlar. Oyun Bakı vaxtı ilə saat 00:15-də başlayacaq.
saytlarin hazirlanmasi
