“İmişli”nin futbolçuları məktəblilərlə görüşdü

20:54 - 6 Yanvar 2026

“İmişli” PFK-nın təşəbbüsü ilə Xətayi rayonu ərazisində yerləşən Tahir Bağırov adına 59 saylı tam orta məktəbdə irqçilik əleyhinə maarifləndirici tədbir keçirilib.

Sportal.az xəbər verir ki, görüşdə klubun nümayəndələri və futbolçuları iştirak edərək bərabərlik, tolerantlıq və qarşılıqlı hörmətin vacibliyindən danışıblar.

Futbolçular məktəblilərlə ünsiyyətdə rasizmə qarşı düzgün mövqenin əhəmiyyətini vurğulayıb, şəxsi təcrübələrini bölüşüblər.

Məktəbin direktoru Fəzail Məmmədov tədbiri yüksək qiymətləndirərək bu cür görüşlərin şagirdlərin dünyagörüşünə müsbət təsir göstərdiyini qeyd edib.

Sonda sual-cavab sessiyası keçirilib və iştirakçılar birgə xatirə fotosu çəkdiriblər.

Xəbər xətti