“Lion”un hücumçusu Endrik “Real”da az oyun vaxtı almasının müsbət cəhətlərindən danışıb.
Sportal.az xəbər verir ki, mövsümün ilk yarısında braziliyalı La Liqada cəmi bir oyunda meydana çıxıb, “Valensiya”ya qarşı matçda (4:0) 11 dəqiqə oynayıb. Həmçinin İspaniya Kubokunda “Talavera”ya qarşı görüşdə (3:2) 77 dəqiqə meydanda olub.
“Düzünü desəm, ətrafımda olan hər kəsə deyirəm ki, bunlar həyatımın ən yaxşı altı ayı idi. Ailəm üçün, ev tikintisi üçün vaxtım oldu... Bu gün kişi və insan olaraq daha da inkişaf etmişəm. Mən xoşbəxtəm." – deyə Endrik bildirib.
saytlarin hazirlanmasi
