"Qarabağ"ın legioneri Marko Yankoviç komandasının Çempionlar Liqasındakı pley-off şanslarını dəyərləndirib.
Sportal.az "Mozzart Sport"a istinadən xəbər verir ki, monteneqrolu futbolçu qalan son iki matçda - "Ayntraxt" və "Liverpul"a qarşı mübarizə aparacaqlarını deyib:
"10 xalla Çempionlar Liqasında irəliləyəcəyimizə ümid edirik. Bunun "Ayaks"la görüşdə baş verəcəyinə inanırdıq. Məqsədimizə çatmaq üzrə idik, amma futboldur da. Beş-altı dəqiqə sonra hər şey dəyişə bilər. Bir şansı əldən verdik və indi "Ayntraxt"la görüşdə daha bir şansımız var. Evdə oynayırıq, amma yenə də çox güclü bir komanda ilə qarşılaşacağıq. İndiyə qədərki nəticələrimizi nəzərə alsaq, daha iddialı nəyəsə nail ola biləcəyimizə ümid edirik. Sonra isə turnir cədvəlindəki mövqeyimizə baxacağıq. Xüsusilə "Liverpul"a qarşı matçdan əvvəl bir şey demək axmaqlıq olardı. Amma hər oyunda əlimizdən gələni edirik”.
O, ÇL-in liqa mərhələsinin son turundakı “Liverpul”la görüşdə də komandanın öz oyun stilindən əl çəkməyəcəyini bildirib: “Qarabağ”da oynamağın gözəlliyi də elə budur. Oyunçular xoşbəxt və məmnundurlar. Çox vaxt öz səhvlərimiz ucbatından uduzuruq, üstünlüyü ələ alırıq və sonra hücum etməyə davam edirik. Kimsə bizi dayandırmağa çalışır. “Ayaks”la görüşdə hesabda öndə idik. Bu üç xal həlledici ola bilərdi. Matçdan sonra Qurban Qurbanov dedi ki, səhvlərimizi təhlil edəcəyik, amma cəsarətli oynamağınızı bəyənirəm. Böyük klublara qarşı oynayırıq, amma pley-offa çıxmağı hədəfləyirik”.
saytlarin hazirlanmasi
