Amorimin "Mançester Yunayted"dən ayrılmasının detalları - getmək istəmirdi

00:54 - 6 Yanvar 2026

Ruben Amorimi “Mançester Yunayted”dən qovulması ciddi şəkildə sarsıdıb. Portuqaliyalı mütəxəssis bu gün komandanın baş məşqçisi vəzifəsini tərk edib.

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, Amorim klubdan ayrılmaq istəmirdi, son mətbuat konfranslarındakı açıqlamalarına baxmayaraq.O, rəhbərlik tərəfindən, o cümlədən direktor Ceyson Uilkoks tərəfindən həddindən artıq nəzarət hiss etdiyini və taktika ilə bağlı qərarların qəbulunda tam sərbəstliyə malik olmadığını düşünürdü. Məhz buna görə o, digər klub rəhbərlərinin də “öz işlərini görməli olduqlarını” bəyan etmişdi. Məşqçi nəticələrin yetərincə yaxşı olmadığını qəbul edir, lakin postunda qalsaydı, komandanın mövsümü Çempionlar Liqası zonasında başa vura biləcəyinə əmin idi.

Transfer siyasəti ilə bağlı fikir ayrılıqları onun gedişində həlledici amil olmasa da, rəhbərliklə münasibətlərin pisləşməsində rol oynayıb. Amorim hesab edirdi ki, ona daha çox resurs ayrılsaydı, bu, Çempionlar Liqasına vəsiqəni təmin edər və maliyyə baxımından da özünü doğruldardı. Lakin klub rəhbərləri hər zaman belə riskə getməyə hazır olmadıqlarını və qısamüddətli transfer qərarlarına qayıtmaq niyyətində olmadıqlarını qəti şəkildə bildiriblər.

Xəbər xətti