İngiltərənin "Mançester Siti" klubunun heyətində növbəti ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Yoşko Qvardioldan sonra komandanın digər mərkəz müdafiəçisi Ruben Diaş da sıradan çıxıb. Bu barədə baş məşqçi Pep Qvardiola məlumat verib.
Portuqaliyalı futbolçu ayaq əzələsindən zədə alıb. 28 yaşlı müdafiəçi təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Mançester Siti" Ruben Diaşı 2021-ci ilin yayında "Benfika"dan transfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 2 qol vurub.
saytlarin hazirlanmasi
